BaşlıcaSiyasət

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri nəticəsində bəyanat yayıb

ATƏT MQ həmsədrləri Azərbaycana, Ermənistana və dağlıq qarabağa etdikləri səfəri nəticələrindən çıxış edərək bəyanat yaymışlar.
Bəyanatı tam şəkildə diqqətinizə təqdim edirik:

“ ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) ,Riçard Hoqland (Birləşmiş Ştatlar),ATƏT fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Ancey Kasprşik ilə birlikdə Bakıya (martın 11-də), Yerevana (martın 27-də) və Dağlıq Qarabağa (martın 28-də) səfər etmişlər.

Həmsədrlərin regiona səfərində əsas məqsəd təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində vəziyyət barədə siyasi və hərbi informasiyalar əldə etmək olub.

2016-cı ildə Vyana və Sankt Peterburq zirvələri zamanı keçirilən razılaşmaların müzakirə olunması, eləcə də, nizamlanma istiqamətində növbəti addımların səsləndirilməsi olub.

Həmsədrlər Azərbaycan və Ermənistanın Prezidentləriylə, Xİ nazirləriylə, həmçinin Dağlıq Qarabağın de fakto hakimiyyətləriylə görüşmüşlər.Onlar eləcə də Dağlıq Qarabağ ətrafında olan ərazilərə getmişlər.

Görüşləırdə həmsədrlər təmas xəttində baş vermiş son hadisələrdən öz dərin narahatlıqlarını bildirmişlər.

Onlar tərəfləri səsləmişlər ki, öz retorçuluğunda və əməliyatlarında səbr və təmkinli olsunlar.

Prezidentlər həmsədrlərin atəşkəsin möhkəmlənməsi və düşmənçilik əməliyyatlarının gələcək eskalasiyasından çəkinməklə bağlı, xüsusən, Novruz və Pasxa bayramları ərzində olan təklifləriylə bağlı öz mövqeini bəyan etmişlər.

Müzakirələrdə həmsədrlər səfir Kasprşikin missiyasını genişləndirmək və onun ardıcıllığına yardım etmək mühümlüyünə toxunmuşlar.

Həmsədrlər həmçinin əmin olduqlarını bildirmişlər ki, atəşkəsə hörmət etmək xüsusən danışıqlarda inam mühitinin quruluşu işində həddindən artıq mühümlükdür.

Həmsədrlər Minsk qrupunun üzvülərinə danışıqların nəticəsini təqdim etmək məqsədiylə tezliklə Vyanaya gedəcəklər”.

Daha çox göstər
Back to top button