BaşlıcaSiyasət

Davit Babayan: “ Lukaşenkonu rəsmi olaraq Artsaxa dəvət edirik.Kürü medal verməyəcəyik, lakin Qandzasar məbədinə aparacağıq ki, bir ədəd şam yandırsın”

Artsax Prezidentinin mətbuat katibi Davit Babayan Tert.am ilə söhbətində elan etdi ki, Belorus Prezidenti Aleksandr Lukaşenkonu rəsmi olaraq Artsaxa dəvət edir ki, oradakı həyata tanış olsun.

Qeyd edək ki, Belorus Prezidenti,”ona inanmır bu gün Dağqlı Qarabağda insanlar yaxşı və ləyaqətli yaşayır” deyərək ona inanmadığını demişdir.

“Əgər vəziyyətin necə olduğunu görmək istəyirsə, buyursun, Lukaşenkonu rəsmi olaraq Artsaxa dəvətedirik.

Qoy gəlsin, yerindəcə Artsaxda ümumiyyətlə həyatın necə keçdiyinin şahidi olsun. Qoy görsün,bizim Respublikamız necə inkişaf edir, paytaxtımız necədir.
O zaman özü görəcəkdir ki,ləyaqət və şərəfli yaşamaq necə olur, hətta bu vəziyyətdə necə inkişaf etmək olar”-deyərək Artsax Prezidentinin mətbuat katibi bəyan edib.

Davit Babayan anlaşılan hesab etdi ki, Azərbaycan ilə nəsə şərtləşmələr var və bunnu Lukaşenko Azərbaycana xoş gəlmək üçün deyib.

“Nə deməkdir, hansısa bir ölkə rəhbəri desin ki, inanıram ya inanmıram. Bu İlahiyyətşünaslıq məsələsi deyil. Onun ya informasiyaları olmalıdır ki, oxşar qənaətlərə gəlsin, ya da ki,gəlib yerindəcə tanış ola bilər.Biz onu normal qəbul edəcəyik, bəlkə yanaşmasını dəyişsin.
Düzdür nə kürü, nə də medal verə bilməyəcəyik necə ki, Azərbaycanda olub. Ona görə ki, bu bizim mədəniyyətimizə, siyasətçiliyimizə ögeydir.

Bununla belə gəlib görəcəkdir ki, burada həyat necədir. Onu Qandzasara və ya Dadivanka apararıq bir ədəd şam yandırar, bəlkə ona yardım edər”-deyərək Davit Babayan qeyd edib ki, bu Allahın və beynəlxalq cəmiyyətin qarşısında günahını etiraf etmək üçün ən yaxşı vasitə olacaq.

Lapşinə dair Lukaşenkonun sözlərinə gəlincə, Davit Babayan dedi ki,“Lapşinə dair açıqlamalar hər hansısa məhkuma müqavimət göstərə bilməyəcək.
Həmin dırnağarası açıqlamalar olduqca zəifdir və bu üstəlik prezidentə yaraşan deyil.

Yaxud Lukaşenko həqiqətən özünün Azərbaycanpərəst mövqeini iddia edir.

Ona görə ki, Bakıdan zəng çalınıb, yaxud hansısa tərzlə doğrulmaq istəyirlər. Ona görə ki, oxşar alverlə o, ilk növbədə öz nüfuzuna və Belorus reytinqinə zərbə endirib”-deyərək o bəyan edib.

Daha çox göstər
Back to top button