
Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan martın 29-da AŞ PA Avropa Şurasına üzv dövlətlər arasında münaqişələr üzrə komitə sədri, Azərbaycan öhdəliklərini yerinə yetirmək məsələsi üzrə məruzəçi Ştefan Şenaxı qəbul edib.
Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat və ictimaiyyət ilə əlaqələr idarəsindən məlumatlandırılır.
Edvard Nalbandyan qonağa, Qarabağ əsas məsələsini müstəsna olaraq sülhlə nizamlanması məqsədiylə Ermənistanın və ATƏT MQ həmsədrlərin səylərini təqdim etdi.
O, qeyd etdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq, ardıcıllıqla həmsədr ölkələri tərəfindən danışıq prosessini irəliyə aparmaq üçün müvafiq şəraitləri yaratmağa yönəlmiş təkliflərdən imtina edir.
Vyana və Sankt Peterburq zirvələrində əldə olunan şərtləşmələri,hadisələri araşdırıcı mexanizmlərin tədbiqidən,ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisinin komandasının səlahiyyətlərini artırmaqdan imtina edir.
Nazir Nalbandyan vurğuladı ki, əsas məsələnin nizamlanması ATƏT Minsk qrupu formatında aparılır ki, o da əsas məsələnin nizamlanmasının yeganə mandatı olan strukturdur.
Edvard Nalbandyan əlavə etdi ki, Qarabağ əsas məsələsinə dair müzakirələr digər formatlar, digər platformlara dəyişmək, müxtəlif strukturlarda həqiqəti təhrif edən formulalar təşəbbüs etmək, nizamlanma formatına paralel olaraq mexanizmlər yaratmaq cəhdləri düyün açılışına çatmaq üçün həmsədrlərin səylərinə xələl toxundurur.
Bu haqda müxtəlif fürsətlərdə məhz həmsədrlərin özü ehtiyatlandırıblar.
Həmin ehtiyatlandırma AŞ PA-da həmçinin ciddiliklə hesaba alınmalıdır.