BaşlıcaSiyasət

Karen Mrizoyan: “Artsaxa qarşı Azərbaycanın siyasəti məğlubiyyətə məhkumdur”

Azərbaycanın hücumcu siyasətinin əsas səbəbi odur ki, Artsaxa qarşı Azərbaycanın siyasəti məğlubiyyətə məhkumdur. Bu haqda Artsax Xarici işlər naziri Afinada nəşr edilən “Azad gün” jurnalına müsahibəsində bəyan edib.

“Bu Azərbaycanın qabiliyyətsizliyindən doğur. Onlar yaxşı anlayırlar ki, beynəlxalq cəmiyyəti Artsaxın Azərbaycana aid olmasını qəbul etdirməyə yonəlmiş səylər boşa çıxır. Bu gün bu ölkə beynəlxalq cəmiyyəti şantaj edərək, gücdən istifadə edərək, özünün istədiyi qərarı qəbul etdirərək, danışıqlar prosesinin məntiqini dəyişməyə cəhd edir”, -deyərək Karen Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın daxili həyatında ciddi problemləri olmasına baxmayaraq, Bakıda çox sayda yeni binalar qurulur, əzəmətli pullar xərcləyərək, mənasız tədbirlər həyata keçirilir.

“Əliyev rejimi öz vətəndaşlarının yaşama şəraitlərini təkmilləşdirə bilməz.  Demək yetər ki, neftin iri resurları olan Azərbaycan vətəndaşı Artsax vətəndaşından az maaş alır. Bir məsələ də vardır. Azərbaycan rejimi qabiliyyətsizliyini haqlı çıxarmaq üçün avtoritar rejimin yaradılmasına cəhd edir, müharibə amilindən istifadə edərək, öz vətəndaşlarının azadlıq hüququnu tamamilə pozur. Bütün xataları qaklı çıxarmaq üçün xarici düşman təsviri yaradılır”,-deyərək Artsax Xarici işlər naziri bəyan edib.

Daha çox göstər
Back to top button