Ekonomika

Syunikdə azad iqtisadi zonasının yaradılma prosesi başlayıb

ER Hökumətinin iclasında martın 30-da Syunikdə İİR sərhəd xəttində azad iqtisadi zonasının yaradılmasına dair qərar müzakirə olunub və təsdiqlənib. Syunikdə azda iqtisadi zonasının istismarı səmərəli  transportalogistik və sənaye mərkəzinin yaradılmasına, rayonun sosial-iqtisadi inkişafına, ER-ya xarici kapitalın girişinə, İİR ilə iqtisadi əlaqələrin gücləndirilməsinə   töhfə verəcək.

Azad iqtisadi zonasının ərazisi 22 hektar təşkil edəcək. Layihənin həyata keçirilməsi mərhələlər ilə olacaq. İlk olaraq təxminən 3 milyon ABŞ dollarlıq investisiya qoyulacaq və bunun nəticəsində lazımi olan infrastrukturları yaradıla biləcək. Beləliklə də bu payız azad iqtisadi zoansının istismarı üçün mümkün olacaq.

Azad iqtisadi zonası fəaliyyət göstərməsi ərzində 120-yə yaxın xarici istismarçının cəlb edilməsini gözlənilir. Onların investisiyaları isə, 350-400 milyon ABŞ dollar təşkil edəcək və bunlarla təxminən 100 milyon ABŞ dollarlıq orta illik ixrac və 2500-dən çox yeni işyeri yaradılacaq. İstismarçıların cəlb olunması üçün Avrasiya İqtisadi Birliyi ölkələri, İran və Yaxın Şərq, AB ölkələri hədəflidirlər.

Daha çox göstər
Back to top button