Beynəlxalq

Senatorlar Azərbaycanda Trampın şirkətlərini yoxlamağı tələb edir

ABŞ Senatının bir qrup aparıcı üzvü prezident Trampın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması üçün federal təhqiqatın keçirilməsinə çağırıblar.

Onların fikrincə, sözü gedən biznes, çirkli pulların yuyulması və İranın İslam Keşikçiləri Korpusuna bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi.

Senatorlar Şerrod Braun, Ben Kardin və Dianne Feinstein bu barədə naraharlıqlarını ABŞ maliyyə naziri Steven Mnuçin, baş prokuror Ceff Sessions və FTB-nin direktoru James Comeyə yazdıqları məktubda açıqlayıblar.

Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nin maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi. Məqalədən bunu da başa düşmək olar ki, İİKK “Trump Organisation” təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi.

Əgər bu baş veribsə, onda “Trump Organisation” ABŞ-ın sanksiyalar qanunu birbaşa pozmuş sayılır. Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nin maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi.

Məqalədən bunu da başa düşmək olar ki, İİKK “Trump Organisation” təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi. Əgər bu baş veribsə, onda “Trump Organisation” ABŞ-ın sanksiyalar qanunu birbaşa pozmuş sayılır.

Senatorlar yazırlar ki, belə görünür, “Trump Organisation” təşkilatının məqalədə deyilən səhlənkarlığı üzündən prezident Tramp və onun təşkilatı Azərbaycanın korrupsiyalı oliqarxları və ola bilsin İİKK qarşısında faş olub.

Məktubda deyilir ki, hətta “Trump Organisation” Bakı layihəsindən çıxdığını elan etsə də, onun potensial cinayət məsuliyyəti barədə suallar cavabsız qalıb.Bu haqda RİA Novosti bəyan edib

Daha çox göstər
Back to top button