Ekonomika

Azərbaycana investisiya qoyulmasını əngəlləyən səbəb

Azərbaycan ordusunun hərbi-texniki təminatı, valyutadəyişmə məntəqlərinin faliyyətə başlaya bilmə şansı, bankların ləğv olunması prosesində mülkiyyətçi hüquqalrının müdafiəsi, bank sistemindəki durum bu günkü medianın aparıcı mövzusudur…

Mülkiyyətçi hüququ təminat altnda olmalıdır.

“Bizim Yol” qəzetində “Bankların və səhmdarların aktivləri satışa çıxarılır” sərlövhəli məqalə oxumaq olar.

Müəllif vurğulayır ki, manatın birinci devalvasiyasına qədər ölkədə 43 bank vardı, hazırda bu rəqəm 33-ə enib və bir neçə bankın bağlanması gözlənildiyi üçün bu rəqəmin daha da azalacağını bildirir.

Bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bağlı qanuna dəyişikliklər üçün Milli Məclisə təkliflər verib və bu təkliflər sırasında banklarda yaranan problemlərə görə, bank inizbatçıları və səhmdarların məsuliyyət və cavabdehlikləri gündəmə gətirlir, – yazıda göstərilir.

Məqalə müəllifi bu təcrübənin dünyada geniş tətbiq edildiyini bildirir, bununla bank sahibləri və rəhbərlərinin məsuluyyətsiz davranışlarının qarşısının alınacağına ümid edir.

Ekspert Natiq Cəfərli deyir ki, banklardakı mövcud durum investoriları ölkəyə invesitiya qoyulunsan çəkindirəcək:

“Odur ki, bankların sağlamlaşdırılması ilə yanaşı mülkiyyətçilərin hüquqlarının tam şəkildə qorunması vacibdir”.

Ekspert deyir ki, ölkədə mülkiyyət hüquqi ilə bağlı onsuz da kifayət qədər problemlər var, son illərdə Azərbaycandan bu yöndə Avropa Məhkəməsinə 1000-ə yaxın müraciət daxil olub:

“Bu fakt potensial iş adamlarının Azərbaycana investsiya qoymasını çəkindiricək”.

azadliq.org

Daha çox göstər
Back to top button