Siyasət
BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb
BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb. Bu barədə bəyanatla Birləşmiş Millətlər Təşkilatının baş katibinin nümayəndəsi Fərhan Haq çıxış edib.
Nu haqda TACC xəbər agentliyi məlumat verir. BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) son bəyanatlarını tam dəstələyərək, tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
“Biz gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq və əsaslı danışıqları bərpa etmək üçün tərəfləri zəruri siyasi iradə göstərməyə çağırırıq”, deyə Fərhan Haq qeyd edib.