İctimaiyyət

“Bu saytlar hökumətin kibermüharibəsinin qurbanıdırlar”

Azərbaycanda müstəqil xəbər saytlarının bir neçəsinə artıq günlərdir giriş mümkün deyil. Görünən odur ki, onlar hökumətin narazılara qarşı gücləndirdiyi kibermüharibənin qurbanlarına çevriliblər. Mike Runey eurasianet.org saytında MeydanTV, «Azadlıq» qəzeti və AzadlıqRadiosunun saytlarının bu hücumun hədəfinə çevrildiyini, martın 27-dən başlanan problemin hələ də qaldığını yazır. Runey Mülki Hüquqların Müdafiəçiləri təşkilatında Avrasiya üzrə proqram rəhbəridir.

«Azərbaycan hökumətini tənqid edən medianın bloklanması təzə hadisə deyil… İndi əsas spekulyasiya ondan ibarətdir ki, bu saytlara girişin əngəllənməsində məqsəd Birinci xanım Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasıyla bağlı azərbaycandilli tənqidlərin önünü kəsməkdir», – müəllif yazır.

Daha çox göstər
Back to top button