Karen Karapetyan: Ermənistan AİB və Aİ arasında bir körpü olmağa çalışır

AİB-ə üzv olduqdan sonra biz təxminən 183 milyon əhalisi olan bazarın “klub” üzvü olduq. Bunu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibədə ER Baş naziri Karen Karapetyan deyib.
“AİB-in məntiqi bizim üçün praqmatikdir. Biz bu böyük bazarın birləşdiyi beşi olduq. Ermənistanın uğurlu olmağa bütün imkanları vardır və mən belə olmaması üçün heç bir səbəb düşünmürəm”,-deyə ER Baş naziri bildirib.
Onun fikrincə, AİB-in potensialı bizim düşündüyümüzdən daha çoxdur. Birliyə üzvlüyü Ermənistan üçün imkanlar yaradır. Məhsullarımızı AİB bazarına ixrac edirik və bu münasibətilə qeyd edilməlidir ki, statistik məlumatlara əsasən keçən illərə görə Ermənistanda ÜDM indeksi artdı.
“Əminəm ki, biz AİB-in təklif etdiyi potensialınsdan tamamilə istifadə etmirik və Ermənistan bu istiqamətdə çalışmaq niyyətindədir. Ermənistan həmçinin AİB və digər iqtisadi blokların məsəla Aİ, o cümlədən İran və Yaxın Şərq ölkələri arasında körpü olmağa çalışır. Biz düşünürük ki, AİB-in imkanlarını və üstünlüklərini nə qədər genişləndirsək, Ermənistan və digər üzv ölkələri üçün o qədər də yaxşı olacaq.”