Başlıcaİctimaiyyət

Marat Petrosyan: “Rəqib eyni səhvi təkrarlamağa cəhd edərsə cavabımız daha sərt olacaq”

Aprel müharibəsi qəhramanı, müharibədə rəqibin 5 tankı və bir piyadaların döyüş maşını məhv etmiş “Martakan Xaç” birinci dərəcə medalına layiq görülmüş Marat Petrosyan artıq Müdafiə Ordusunun zabitidir.

Artsaxpres-in muxbiri Maratla görüşərək, keçən apreldən bu günədək baş vermiş olaylardan danışıb.

“Bu gün mən Artsax Müdafiə Ordusunda taqım komandiri olaraq xidmət etməkdə davam edirəm. Əminliklə deyə bilirəm ki, Ordumuz Vətən sərhədimizi düşmənin hücumlarından şərəflə müdafiə edə bilir.

Aprel müharibəsi barədə xatirələrımə gəlincə, deyə bilərəm ki, həm sevindirici, həm də kədərlidir. Qürurluyam ki, təcrübəli və ixtisaslı zabitlərin  başçılığıyla 18-20 yaşlı vətənpərvər gənclərlə düşmənin hücumunun qarşısını alaraq müharibədə qalib gəlməyi bacarmışıq.

Amma həyatlarını Vətənimizə fəth edən və Vətən müdafiəsi naminə həlak olan cəsur gəncləri xatırlayaraq çox üzülürəm”,- deyərək Marat bəyan edib.

Hərbi xidmət haqqında danışaraq o, qeyd edib ki, bu gün hərbçilər üçün daha təhlükəsiz şəraitlər yaradılmışdır. “Keçən bir il ərzində iri mühəndislik işləri icra edilib. Bunların sayəsində hərbçilərimizin təhlükəsizliyi, rəqibin bütün hərəkətlərinin müşahidə edilməsi, döyüşün aparılması üçün bütün şəraitləri təmin edilir”,- deyərək Marat Petroyan qeyd edib.

Maratın sözlərinə görə, ordu xalqdan başlayır və hər dəfə arxa cəbhədən gələn dəstəkdən çox həyəcanlanırlar. “Bir an da şübhə etmirəm ki, rəqib eyni səhvi təkrarlar edərsə  cavabımız daha sərt olacaq”,- deyərək qəhramanımız vurğulayıb.

Daha çox göstər
Back to top button