İctimaiyyət

ABŞ Trejer adasında apreldə Erməni Soyqırımına həsr olunmuş plakatı asılmışdır

ABŞ Oklend şəhəri San-Fransisko ilə birləşən Bey körpüsüyla keçən sürücüləri bundan sonra Trejer adasında Erməni Soyqırımı haqqında məlumatlandıran plakatı qarşılayacaq. Bu haqda “Armenpress” NBC Bay Area-ya istinadən məlumat verir.

Plakatda “Erməni Soyqırımı-1915” və “GenocideEducation.org” saytı haqqında yazılmışdır.

Plakat San-Fransiskonun bu bölgəsində yaşayan təxminən 30 min ermənilərin təşəbbüsü ilə asılmışdır. Plakat bütün aprel ayında burada olacaq.

“Çox yaxşıdır ki, insanlar bütün aprel ayında plakatı görəcəklər və beləliklə də, onlarda maraq doğuracaq. Tam istədiyimiz də budur. Bu yoldan keçən insanların internet saytımıza girməsini istəyirik. İstəyirik ki, insanlar tariximizi görsünlər və bilsinlər”,-deyə yerli erməni icmasının rəhbəri Kim Bardakçyan qeyd edib.

Daha çox göstər
Back to top button