Siyasət

Aİ: Seçki nəticələri erməni xalqının ümumi iradəsini əks etdirir

Seçkilərdən sonra biz demokratik yolu ilə seçilmiş yeni parlament və hökuməti ilə işləmək niyyətindəyik. Bu haqda Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrinə dair Aİ mətbuat katibi Maya Kosiyançiç bəyan edib.

Bəyanata görə seçki yaxşı təşkil edilib və ümumilikdə əsas azadlıqlara əməl olunub.

“Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərin beynəlxalq müşahidəçi missiyalarının ilkin nəticələrinə görə, seçkilər yaxşı təşkil edilmişdi. Müşahidəçilərin beynəlxalq missiyası hem yeni texnologiyaların cəlb olunmasını, hem də hüquqi çərçivəsində islahatları alqışladı.

Aİ Ermənistanın sabit, demokrat və çiçəklənən gələcəyinə dəstək verməyə hazırdır. Seçkilərdən sonra biz demokrat yolu ilə seçilmiş yeni parlament və hökuməti ilə siyasi dialoqu gücləndirmək, iqtisadi və sosial islahatları davam etdirmək üçün çalışmağa hazırıq”.

Daha çox göstər
Back to top button