Ekonomika

Azərbaycanda ərzaq məhsullarında bahalaşma var

Azərbaycanda qiymətartımı ilə bağlı müşahidə aparılıb.

Devalvasiya Azərbaycan bazarlarında təsirsiz ötüşməyib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-fevral ayları ərzində ərzaq qiymətlərində 15.6 faiz artım müşahidə olunub. Fevral ayında isə daha 2.5 faiz qiymət artımı baş verib.

“İfact.ge” saytı yanvar ayının sonundan etibarən Bakı və regionlarda ərzaq qiymətlərini müşahidə etməyə başlayıb. Toplanılan məlumat isə bazarda baş verən qiymət artımı prosesinin təxmini təsvirini görməyə imkan verir.

Bazardakı qiymət artımının müşahidə prosesi bir qida səbətini əhatə edir. Buraya: 1 kq “İvanovka” pendiri, 100 qr “Azərçay” çayı, 1 bağlama “Ankara” makaronları, 1 litr “Final” günəbaxan yağı, 1 kq “Westgold” kərə yağı, 1 ədəd çörək, 1 qutu “Azərşəkər” qəndi, 1 kq mal və 1 kq qoyun əti daxildir.

Toplanılan məlumatlar həftəlik bir ailəyə lazım olan qida məmulatlarının üzərində qurulub. Qiymətlər isə Bakı şəhərinin mərkəzində, Binəqədidə, Cəlilabad rayonunun Privolnoye kəndində, Neftçala və Gəncədə yerləşən marketlərdən götürülüb.

Daha çox göstər
Back to top button