Davit Babayan: “Məmmədyarov spekulasiyaya məruz qalır”

Sankt-Petrburqda Qarabağ-Azərbaycan təmas xəttində sülh və stabitlik məsəslələri üzrə müqavilələr əldə edilmişdir, danışıqlar prosesini erməni tərəfi deyil, Azərbaycan tərəfi pozur.
Bu haqda “Nezavisimaya qazeta”-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Artsax münaqişəsinin nimzalanması üzrə məqələsinə toxunaraq, AR Prezidentinin mətbuat katibi Davit Babayan bildirdi.
Qeyd edək ki, “Nezavisimaya qazeta”-da Azərbaycanın xarici işlər nazirinin məqələsi dərc edilmişdir. Məqələdə o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunaraq, qeyd etdi ki, “Sankt-Peterburqda keçirlmiş üçtərəfli danışıqlar nəticəsində münaqişə nizamlana bilərdi. Təəssüf ki, müxtəlif səbəblərlə Ermənistan danışıqların davam etdirilməsindən qaçır”.
“İlk öncə, Sankt-Peterburq və Vyanada prezidentlərin görüşü aprel müharibəsindən sonra keçirilib. Demək olar ki, əsas diqqət sərhədlər, qoşunların çıxarılması və ya status kimi mühüm məsələlərə yetirilmədi . Sankt-Peterburq və Vyanda, müharibədən sonra əsas diqqət, sülh və stabitliyi qorumağa yetirilib və bu barədə mexanizmlərin tətbiq olunması, xüsusən ATƏT Minsk qrupun şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Başqa heç bir məsələ müzakirə edilməmişdir”- deyə Davit Babayan qeyd etdi .
Babayanın sözlərinə görə, Azərbaycan tərəfi bütün danışıqlar porsesini pozur.
“Bu baxımdan mövzuların təhrif edilməsi danışıqlar prosesini pozmaq kimi hesab edilir. Məmmədyarov öz məqələsində məhz bunu yazıb. Bu məqalə həmsədrlər və beynəlxalq ictimaiyyət üçün təhqiredici sayımalıdır. Hamı da yaxşı bilir ki, danışıqlar prosesini kimdir pozan”- deyə Davit Babayan vurğuladı.