İctimaiyyət

Ermənistandakı rus hərbi bazasının bölükləri taktiki təlimlərə başlayıblar

Ermənistandakı rus hərbi bazasının “Alaqyaz” poliqonunda bölüklərinn taktiki təlimləri başlayıblar.

RF Cənub hərbi okruqunun mətbuat xidmətindən “Armenpress”-ə verilən məlumata görə, təlimlərdə 500-dən artıq hərbçi və motoatıcı, tank, artilleriya, zenit-raket və xüsusi bölmələrinin təxminən 150 ədəd xüsusi hərbi təxnikası iştirak edir.

Təlimlərdə iştirak edən hərbçilər S-72B tanklarından, minaatanlardan, RPQ-7 əl qumbaraatanlarından və atıcı silahlardan istifadə edəcəklər. Hava təlimlərini isə, pilotsuz uçuş aparatların bölmələri təqib edəcəklər.

Hərbi təlimlər iki həftə sürəcəklər. Təlimdən sonra isə, Gümrüyə 100 kilometrlik hərbi yürüyüş olacaq.

Daha çox göstər
Back to top button