Beynəlxalq

Serj Tankyan, Arsine Xancyan, Atom Egoyan və Erik Nazaryan dünya sənətçilərini Artsaxı ziyarət etməyə çagırıblar

Tüfenkyan fondunun təşəbbüsü ilə Stepanakertdəki  “Valex group” otelində aprelin 3-də Serj Tankyan, Arsine Xancyan , Atom Egoyan və Erik Nazarayan mətbuat konfransı keçiriblər.

Mətbuat konfransından əvvəl Arsine Xancyan, Serj Tankyanın, Atom Egoyanın, Erik Nazaryanın və öz adından dünya sənətçilərinə çağırış edib. Çağırışda   xüsusən qeyd edilir:

“Bir il əvvəl bu günlərdə Artsax  münaqişəsi  yenidən başladı. Azərbaycan silahlı qüvvələri yalnız   ön xəttindəki mövqeləri deyil, yaşayış yerləri, silahsız kəndliləri  və məktəbləri atəşə tutublar. Lakin erməni qoşunları Azərbaycanın təcavüzünü dayandırıblar. Bu təcavüzün nəticəsində hər iki tərəfin həm insan, həm də   maddi itkiləri oldu.

1988-ci ildən bəri və ya  Artsax xalqının öz müqəddəratını təyin etmək hüququndan istifadə etməsindən etibarən , Azərbaycan  talanlarla,hücumlarlar və  geniş miqyaslı hərbi əməliiyatlarla onun  qarşısını almaq istədi.  Bütün bunlara baxmayaraq , Artsax xalqı  öz tarixi torpaqlarını müdafiə edə bildi.

  Artsaxda müstəqilik referendumu keçirilib və dövlət qurulub. Beynəlxalq ictimiayyət tərəfindən hələ Artsax Respublikasının tanınılmamasına baxmayaraq,  min illərlə bu torpaqlarda yaşayan xalqın uşaqları burada yaşayıb yaratmağı davam etməkdədir.

Sərhəd boyunca Azərbaycanın hücumları, bomba partlayışlarının dayandırılmamasına baxmayaraq Artsax xalqı öz ölkəsini qurur və inkişaf etdirir.

Burada, bu tarixi torpaqlarda atəşkəs rejiminin pozulması, itkilər və yaralılar  barədə xəbərlər hər hansı bir məlumatdan daha sürətlə eşidilir. Minlərlə uşaqlar yaratmaq hüququndan məhrum edilir, çünki ölkə hələ mühasirə altındadır,  atəşkəs rejimi isə çox kövrəkdir. Minlərlə  istedadlar qələm  götürmək əvəzində öz evlərini və ölkəni müdafiə etmək üçün silahlar götürür.

Azərbaycan hücumlarının səbəbiylə, bu gənclər sülh şəraitlərində yaşayıb yaratmaq və öz istedadlarını aşkar etmək hüququndan məhrum olurlar.

Sərhəd bölgələrində yaşayan minlərlə şagirdlər məktəbdə mahnılar və musiqi dinləmək əvəzində  partlayan bomba və silah səslərini dinləyirlər. Lakin bütün bununla bərabər  burada  çox  istedadlı gənclər vardır. Təəssüf ki, onların  dünyada həmkarları ilə   ünsiyyət qurmaq üçün çox az imkanları var. Bu yaradıcı istedadların  dünyaya tanınılması  və qarşılıqlı tanınması üçün çox məhdud imkanları var. Onlar  sənətçilər üçün bu sadə həyati hüququndan məhrum olunmaqdadır.
Odur ki, bütün sənətçiləri Artsaxa gəlməyə, sülh və həmrəylik tərəfdaşları olmağa, yerli sənətçilər, istedadlı insanlar  ilə ünsiyyət qurmağa  çağırırıq”.

Daha çox göstər
Back to top button