İctimaiyyət

“Əgər bu sona çatmazsa xahiş edirəm hamını ayağa qaldır”. Bakıda həbs olunan Marat Qalstyanın bacısıyla telefon söhbəti

Bakıda həbs olunmuş erməni əsilli Marat – Ueldanov Qalstyanın bacısı qardaşıyla martın 31-də olan telefon söhbətini yayaraq yazır ki, artıq məhkəmənin qərarını gözləyə bilməz.

”Əgər mən aprelin 9-da evə getməsəm məndə psixi pozuntular olacaq.Dözürəm ümidvaram ki, bütün bunlara son qoyulacaq. Əgər bu bu başa çatmazsa, Marianna, səndən xahiş edirəm hamını ayağa qaldır de ki, mən nə istəyirəm. Mən səndən həddindən artıq xahiş edirəm ona görə ki, mən bütün bunları apara bilmirəm.

Bu insana xas deyil.Mən burada qala bilmərəm. Bura mənim yerim deyil”-deyərək Marat Qalstyan bacısına etiraf edib ki, özünü Bakı məhbəsində döyüblər/

Xatırladaq ki, Marat Ueldanov-Qalstyanı ötən il iyunun 9-da həbs etmişlər. Onu Bakıda narkotik maddələr, qeyri-qanuni psixi dərmənlar hazırlamaqda, əldə etməkdə onu yaymaqda təqsirkar saymışlar.

Lakin onun doğmaları və həmkarları Azərbaycanın oxşar versiyasını inkar edir və təqsirlərin hamısını əsassız hesab edirlər.

Üstəlik, söyləyirlər ki, istintaq sorğuları zamanı Marat Ueldanovdan onun hansı xalqa mənsubiyyəti barədə soruşmuşlar. Marianna Mirzoyan Ter.am ilə söhbətində qeyd edib ki, video materalını dərc edib.

Ona görə ki, ədalətsizliyə qarşı mübarizə etməyə artıq qüvvəsi çatmır. Qardaşı da artıq uçurumdadır. Martın 31-də qardaşıyla telefon söhbətindən sonra heç bir yenilikolmayıb.”Qardaşımın səhətti olduqca pisləşib.

O,Azərbaycanda yalqızdır. Onun vəkili də qeyri-adi heç nə etmir. Yalnız formal təsvirlidir”-deyərək Marianna Mirzoyan bəyan edib.

Onun sözlərincə, növbəti məhkəmə iclası aprelin 13-də keçiriləcək hələ iki iclas da vardır.

“İstəyirəm ki, qardaşım azadlığa buraxılsın yaxud Rusiyaya ekstradisiya edilsin. Bütün həbs olunmuşların döğmalarıyla görüşmək ixtiyarı var, mənim qardaşımsa ondan məhrum olunub. Mən və valideynlərim öz doğmamızı qucaqlamaq istəyirik”-deyərək o, bəyan edib.

Daha çox göstər
Back to top button