
Artsax XİN aprel hadisələrinin ildönümü münasibətilə bəyanat yayıb .
Bəyanatda qeyd edilir:
“Bir il öncə bu gün Qarabağ münaqişəsini güc yoluyla nizmalanması məqsədiylə Azərbaycan Arstaxa qarşı təcavüzə başladı. 2016-ci ildə aprelin 1-dən 2-ə keçən gecədə Azərbaycan tərəfi atəşkəs rejimini kobud şəkildə pozaraq, sərhəd boyunca gəniş miqyaslı əməliyyatlara başlayıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi ağır silahlar, artileriya və hərbi hava qüvvələrindən istifadə etdi. Böyük itkilərdən sonra Azərbaycan aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmağa məcbur qalıb.
Beynəlxalq humanitar hüququnun çoxsaylı pozuntuları və müharibə cinayətləri ilə dolğun olan bu təcavüz regional sülh və təhlükəsizliyi üçün ciddi problem yaratdı. Azərbaycanın təcavüzü ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səyləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə çox zərər verdi.
Müharibədən sonra, ötən il ərzində ATƏT-in Minsk Qrup həmsədrləri danışıqlar prosesinin tam bərpa olunamsı məqsədilə səylər göstəriblər.
Artsax Respublikası ATƏT-in Minsk Qrupu həmsədrlərinin 1994-cü il mayın 12-də atəşkəslə bağlı razılaşmanın tam qorunmasına, 1995-ci il fevralın 6-da atəşkəs rejiminin gücləndirməsiylə bağlı razılaşmanın tüddəalarının tətbiq olunmasına, o cümlədən insidentlərin araşdırılması mexanizmlərinin cəlb olunmasına və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi ofisinin imkanlarının genişləndirilməsi ilə bağlı Vyanada (2016-cı il mayısın 16-da) və Sankt Peterburqda (2016-cı il iyunun 20-də) əldə edilmiş razılaşmaların həyata keçirilmə zərurətliyinə dair bəyanatlarını dəstəklənir.
Azərbaycan bu təklifləri rəd edərək hərbi əməliyyatların yenidən başlanma imkanların istisna olunması üçün hər hansı bir təşəbbüsü devirir. Bundan əlavə, bütün bu zamanda Azərbaycan öz qarşıdurma məntiqini iqtisadi, mədəni və hətta insanlar əlaqələri sahələrdən daşınmağa bələ cəhd etmir.
Münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmasını istəmədiyini göstərək Azərbaycan hakimiyyətləri yeni müharibə başlamağa təhdid edir. Artsax və Azərbaycan münaqişə qoşunlarının təmas xəttində gərginlik yaradaraq, qarşıdurma və düşmən siyasətini davam etdirərərk Bakı tərəflər arasındakı etibarsızlığı daha da derinləşdirir və Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesini öz qeyri-konstruktiv siyasəti və maksimalist tələblərinin girovu çəvirmək niyyətindədir”.