Siyasət

Erməni Milli Komitəsi Artsax Ombudsmanının ABŞ-ya səfərini müsbət qiymətləndirir

Artsax Respublikası Ombudsmanı Ruben Melikyan 10 günlük səfəriylə ABŞ-ya getdi. Səfər çərçivəsində Azərbaycan tərəfindən insan hüquqlarının pozulmaları və 2016-cı il aprel ayındakı 4 günlük müharibəsində törədilmiş müharibə cinayətləri təqdim olunub.

“Armenpress”-in verdiyi məlumatına görə, ABŞ-dakı Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş səfərdə Melikyan Massachusetts, Rod Aylend, Vaşington, Nyu-York və Nyu Jersiyə gedərək müxtəlif rəsmilər, jurnalistlər və insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər ilə təxminən 40 görüş keçirib.

“Artsaxın yanaşmalarının dünyanın önəmli şəhərlərində təqdim olunması çox əhəmiyyətlidir”, deyə Ombudsman qeyd edib. O, “Foreign Policy” qəzetinə müsahibə verib, “The Washington Post”-in jurnalistləriylə isə, müzakirə keçirib. Vaşingtonda Ombudsman konqresmenlər Adam Şif, Deyv Trot, Ceki Spayer, Devid Valado və Cim Mıkgovern ilə görüşüb.

Komitənin rabitə şöbəsinin müdiri Artur Martirosyan səfər nəticələrini yekunlaşdıraraq deyib:  “Biz, ABŞ-ya edilmiş səfər çərçivəsində Melikyanın önəmli rəsmiləri və qrupları ilə görüşməsini təmin edmək üçün çox şadaq. Avtokratik və populist vəziyyətə düşən regionda Artsax demokratiya, insan hüquqları və azadlıqlarının bir rəmzi olub. Biz, Artsaxda müstəqillik əldə etdikdən sonra olan irəliləyişlə fəxr edirik.”

Daha çox göstər
Back to top button