Beynəlxalq

Avropa Məhkəməsi Azərbaycanı 81 690 avro cərimələdi

Məhkəmə Azərbaycanla bağlı 11 ərizəçinin işi üzrə qərarlarını elan edib

Aprelin 6-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 11 ərizəçinin işi üzrə qərarını elan edib. Məlumatı vəkil Əsabəli Mustafayev yayıb. Vəkil onlardan 9 ərizəçinin hüquqlarını müdafiə etdiyini bildirib:

“Mənəvi və maddi zərərə görə Səxavət Mehtiyev, Azər Sadıqov, Osman Əhmədova 6480 avro, Tuncay Quliyev, Cavid Quliyev, Tural Sadıqlı, Kəmalə Xəlilova, Orxan Əyyubzadəyə 6000 avro, Vüsal Bayramova isə 8850 avro kompensasiya verilməsi ilə bağlı qərar çıxarılıb. Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə 9 400 avro ayrılıb”.

Əsabəli Mustafayev deyir ki, digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub:

“Xədicə İsmayıla 6000, Cavid Qarayevə mənəvi ziyana görə 4000, hüquqi xidmətə görə 2000 avro verilməsi ilə bağlı qərar çıxarılıb. Ödəniləcək kompensasiyaların cəmi 81 690 avro edir”.

Vəkil bildirir ki, beləliklə bu günə qədər Avropa Məhkəməsinə göndərdiyi 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatıb:

“Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır”.

Daha çox göstər
Back to top button