İctimaiyyət

Avtoritar rejimlərdə yalnız kütləvi keçirilən mitinqlər, nümayişlər nəticə yarada bilirlər

XCP sədri Əli Kərimli Milli Şuranın mitinqi haqda Amerikanın Səsinə danışır

“Avtoritar rejimlərdə yalnız kütləvi keçirilən mitinqlər, nümayişlər nəticə yarada bilirlər,” deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibədə bildirib. “Avtoritar rejimlər yanlnız güclə hesablaşır və biz hələlik son illərdə hakimiyyətin qorxa biləcəyi kütləviliyi ortya qoya bilməmişik.”

Xalq Cəbhəsi lideri Əli Kərimli meriyanın buna nə kimi izahat verdiyindən danışıb. O əvvəlcə təşkilat komitəsi nümayəndələrinin meriyaya dəvət edildiyini və sonra qərarlarını açıqladığını bildirib. Əli Kərimli onların inzibati şəkildə, qanunsuz rəsmi məktub göndərdiklərini və mitinqin vaxtının dəyişdirildiyini bəyan etdiklərini deyib.

“Yəni Konstitusiyada növbəti dəfə pozdular. Onsuz da Azərbaycanda toplaşma azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Bakıda yalnız bir stadionda mitinqlər keçirilməsinə razılıq verilir. Regionalarda mitinqlərə, piketlərə imkan verilmir. Ölkədə yürüşlər ümumiyyətlə qadağandır… Biz maksimum çox adamın iştirak etməsini istəyirik. Ona görə də, mitinqləri icra hakimiyyəti ilə razılaşdırırıq.”

Mitinqdə səsləndiriləcək əsas şüarlardan danışan Əli Kərimli bunların “Talana, monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”,olduğunu deyib.

“Biz korrupsiya və və rüşvət piramidasının dağıdılmasını tələb edirik. Biz bu ölkədə talançılıq siyasətinin dayandırılmasını tələb edirik. Biz 150 nəfərdən artıq siyasi məhbusa azadlıq tələb edirik,” deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri bildirib.

Əli Kərimli Azadlıq qəzeti, AzadlıqRadiosu, Meydan TV saytlarına Azərbaycan hüdudlarında girişin bağlanması ilə təşviqat imkanlarının məhdudlaşdırıldığını deyib.

Daha çox göstər
Back to top button