Beynəlxalq
Cənub hərbi okruqunun aviyasiyası və havadan müdafiə sistemi Ermənistandakı radiolokasiya stansiyalarının dəstələri ilə birgə təlimlər keçirir

Rusiyanın Cənub hərbi okruqunun Ermənistandakı hərbi bazasında havadan müdafiə sisteminin qoşunlarının iştirakı ilə , qırıcı və hərbi aviyasiyanın pilotları birgə təlimlərə başlayıb. Cənub hərb okruqunun mətbuat xidmətinin bildirdiyinə görə, təlimlər 3 gün sürəcək.
Hava hədəfini aışkar etmək, raket və artileriya silahlarından istifadə etmək üçün təlimlərdə 200-dən artıq hərbçi və təxminən 50 ədəd aviyasiya və xüsusi hərbi texnika iştirak edib.
Təlimlərdə MİG-29 dördüncü nəsil döyüş təyyarəsi, Mİ-24 zərbə helikopteri, Mİ-8 MT hərbi vasitələr, S-300 zenit-raket, Buk-Mİ-2 zenit-raketlər və P-18 “Terek” radiolokasiya stansiyaları iştirak edəcəklər.