Erməni Soyqırımı

Vaşinqtonda Erməni Soyqırımının kitabxanası açılıb: “Amerikanın səsi”

Erməni Soyqırımını araşdıran tarixçilərə bundan sonra Vaşinqtonda Erməni Soyqırımının kitabxanasındakı təxminən 5000 kitaplarından istifadə etmə imkanı veriləcək.

“Amerikanın səsi” məlumat verir ki, Vaşinqtonda Erməni milli institutunun Erməni Soyqırımı kitabxanasının açılışı olub. Təqdim edilmiş ermənicə və ingilizcə kitablar Erməni tarixini və milli xüsusiyyətini əks edirlər, lakin ilk öncə Erməni tarixinin ən faciəli hadisəsi Soyqırım haqqında məlumat təmin edirlər.

Erməni milli institutunun müdiri Ruben Adalyan qeyd etdi ki, kitabxanasında 5000-dən artıq kitab təqdim olunur.

“Erməni Soyqırımının kitabxanasın tam araşdırma mərkəzinin yaradılması üçün bir addımdır. Biz elə bir sistem yaratdıq ki, araşdırmaçılar son 40 il ərzində Amerikanın erməni qurultayı və Erməni milli institutunun əldə etdiyi dəyərli kolleksiyadan istifadə edə biləcəklər”,-deyə o bildirib.

Kitabxananın açılışında Erməni Soyqırımı muzey-institutunun müdiri Hayk Demoyan da iştirak edib.

“Vaşinqtonda kitabxananın açılışı önəmli bir hadisədir. İlk öncə belə bir mərkəz ABŞ paytaxtında açılır və bu böyük bir nailiyyətdir. Ikincisi isə, bu mərkəz görüşlər, müzakirələr yeri olacaq. Bu baxımdan sadəcə kitabxana deyil, həmçinin informasiya mərkəzidir”,-deyə o qeyd edib.

Daha çox göstər
Back to top button