Təhlil

E.Nalbandyan: Ermənistan DQ münaqişəsinin nizamlanması üçün Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirir

“Независимая газета”-da yayılmış məqalədə ER Xarici işlər naziri Edvard Nalbandyan qeyd etdi ki, Ermənistan DQ münaqişəsinin nizamlanması üçün Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirir.

“Biz Dağlıq qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupu həmsədr ölkəsi olan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk. Rusiya səyləriylə 1994-cü il mayın 12-də Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında atəşkəs ilə bağlı saziş imzalanıb. Bu, tərəflərə münaqişənin siyasi yolu ilə nizamlanma imkanı verib.

Azərbaycan tərəfindən atəşkəs rejiminin daimi pozulmalarına və o cümlədən keçən il aprel ayında başlanmış geniş miqyaslı hərbi əməliyyatlara baxmayaraq, Ermənistan Rusiya və ATƏT-in Minsk Qrupu həmsədr ölkələri ilə birlikdə sabitlik, danışıqlar prosesinin irəli sürülməsi üçün şəraitlər yaratmaq, münaqişənin sadəcə sülh yolu ilə həll olunması məqsədilə səylər göstərməyə davam edir”,-deyə E. Nalbandyan yazıb.

Daha çox göstər
Back to top button