Erməni Soyqırımı

Ümid edirəm ki, Prezident Tramp doğru addım edərək 102 il öncə baş verənləri soyqırım adlandıracaq: ABŞ konqresmen

Həqiqəti demək üçün həmişə də zaman var. Amerika Konqresində Erməni Soyqırımına həsr edilmiş tədbirində öz çıxışında senator Ed Marki bildirib.

Amerikanın Səsi bildirir ki, senator respublikaçılar və demokratlar arasında olan bir neçə mübahisələrə baxmayaraq, bir məsələ var ki biz birgəyik.

“Demokratlar və respublikaçılar həmişə dost və tərəfdaş Ermənistanın yanında olmağa hazırdırlar”. Tədbirdə çıxış edən Konqresin birçox üzvləri qeyd etdilər ki, “Biz Erməni Soyqırımının tanınma məsələsində həmişə sizin yanınızdayıq”. Konqresin Ermənistan-Amerika dostluq qrupuna son günlərdə qatılan konqresmen Salud Qarbacal deyib:

“Mən anlayıram ki, bəzi siyasi prinsiplər ABŞ tərəfindən Erməni Soyqırımının tanınmasına maneə olublar, lakin bunlar ədalətli prinsiplər deyil. Ədalətli olan həqiqətdir.”

Erməni əsilli konqresmen Anna Eşun qeyd edib ki, Erməni Soyqırımının tanınma məsələsinin hələ açıq olmasından utanır.

“Lakin biz qazanacağıq. Şübhəsiz ki, qazanacağıq.”

Tədbirdə iştirak edən Konqresin altı nümayəndələr palatasına Erməni Soyqırımının tanınması üzrə qanun layihəsi təqdim edən konqresmen Deyv Trot deyib ki, onun qanun layihəsini sadəcə Konqres deyil, Prezident Donald Tramp da qəbul edəcək.

“Tramp ənənəvi bir siyasətçi deyil və erməni Soyqırımını bəyanatı ilə tanıyacaq. Ümid edirəm ki, Prezident Tramp doğru addım edərərk 102 il öncə baş verənləri soyqırım adlandıracaq”,-deyə o vurğulayıb.

Donald Tramp tərəfindən Erməni Soyqırımının tanınma imkanı haqqında demokrat konqresmen Adam Şif də danışıb.

“Bu prezident heç bir söz verməyib. Onun ətrafındakılar Erməni Soyqırımının tanınmasına maneə olan diplomatlar və hərbçilər deyil və belki də bu yardım edəcək. Biz onu inandırmalıyıq ki, doğru olan budur, çünki bu gərçəkdən elədir və soyqırımlarda heç bir fəqi yox.

Daha çox göstər
Back to top button