İdman

Xorvatiyada azərbaycanlı idmançıları axtarırlar

Ağırlıqqaldırma üzrə Avropa Çempionatında iştirak etmək üçün Xorvatiyaya gedən 7 azərbaycanlı idmançını yerli təşkilatçılar tapa bilmirlər. Bu barədə Xorvatiyanın yerli mətbuatı məlumat yayıb.

Ağırlıqqaldırma üzrə Avropa Çempionatı aprelin 2-dən 8-dək Xorvatiyanın Split şəhərində keçirilir.

Yerli mətbuatın yazdığına görə, Oktay Muxtarov, Məhəmməd Məmmədli, Kamran İsmayılov, Elnur Hüseynov, İsa Rüstəmov, Hüseyn İsmayılov və İlham Məmmədov Split şəhərinə gəliblər, amma bir gün sonra heç bir xəbər olmadan yoxa çıxıblar. Məlumata görə, adıçəkilən idmançılar martın 31-dən aprelin 1-dək oteldə otaq tutublar, amma yalnız bir gün – martın 31-də otaqda qalıblar.

Yerli jurnalistlər ehtimal edirlər ki, azərbaycanlı idmançılar dopinq testindən qorxduqlarına görə belə addım atıblar.

 

Daha çox göstər
Back to top button