BaşlıcaEkonomika

ER Baş naziri Moskva-Yerevan dəmir yolu və bərə daşımalarının tariflərinin ixtisarı haqqında bildirib

Ermənistan Respublikası Baş naziri Karen Karapetyan Moskva-Yerevan istiqaməti üçün dəmir yolu və bərə daşımalarının tariflərinin ixtisarı haqqında  bəyan edib.

Bu haqda ER Baş nazir öz facebook sahifəsində yazıb.

Baş nazir vurğulayıb ki, keçmişdə Gürcüstan və Rusiya ərazisi ilə yük daşımaları yüksək tariflə həyata keçirilirdi və bu həm daşıma prosesi, həm də tarif siyasətinə təsir göstərirdi.

Atılan addımları təqdim edərək baş nazir bəyan edir ki, qeyd edilmiş istiqamətlərdə yük daşıntıları üçün mövcud tariflərin ixtisarı məqsədi ilə Ermənistan-Gürcüstan-Rusiya üç tərəfli danışıqlar aparılıb.

Danışıqlar nəticəsində Gürcüstan tərəfi ilə razılaşma və yeni ixtisarlı tariflər bu ilin fevralın 22-dən,Rusiya tərəfindən endirim edilmiş tariflər isə martın 13-dən etibarən qüvvəyə minib. Beləcə 2017-ci ilin yanvarınadək qüvvəyə minmiş tariflərin müqabilində dəmir yolu və bərə daşımalarının tarifləri 32-35%, Yerevan-Moskva istiqamətində isə yükün növündən asılı olaraq 52-54
%-ə qədər ixtisar olunub.

 

Daha çox göstər
Back to top button