
ER-da İsrailin yeni təyin səfiri Eliyahu Eruşalmin öz vəkalətnamələrini ER Prezidenti Serj Sarkisyana və Xİ naziri Edvard Nalbandyana təhvil verib. NEWS.am-in müxbiri ilə söhbətində səfir Qarabağ münaqişəsi məsələsiylə İsrailin mövqeini təqdim edib.
Ermənistanın qonşularıyla münasibətlər və iki ölkələr arasında bir başa uçuşları bərpa etmək barədə danışmışlar. Sülh Minsk prosessi üzərində əsaslanıb.
“Biz sülh istəyirik.Bizim siyasətçiliyimiz aşağıdakıdır. Sizin və Siain qonşularınız arasında sülh gərək MQ prosessi üzərində dayaqlansın”.
Bu haqda NEWS.am-in müxbiri ilə söhbətində Ermənistanda İsrailin yeni təyin olunmuş səfiri Eliyahu Eruşalmin Qarabağ məsələsinin nizamlanmasına geri dönərək bəyan edib.
“Biz nəyi ki, sizin xalqınızın rifahı naminə qərar qəbul edərsiniz, bütün onları qəbul edərik. Ən mühümü odur ki, regionda sülh təstiq olunsun və Ermənistan dinc və əmin-amanlıq içərisində yaşasın”-deyərək o, bəyan edib.
Səfirin sözlərincə yəhudilər və ermənilər çoxsaylı məsələlərdə olduqca çox ümumiliklərə malikdir və oxşarlıqları çoxdur.”Bizim böyük diasporumuz var və çoxları ölkənin sərhədlərindən kənarda yaşayır.
Ermənilər və yəhudilər arasında bəzi yaxınlıqlar var. Gələcəyin proqramlarına gəlincə, İsrailin yüksək rütbəli naziri Ermənistana səfər edəcək və mən ümidvaram ki, iyulda biz bütün müqavilələrin razılaşmalarını başa vuracağıq”-deyərək səfir bəyan edib.