“Marağada qırğın 25 il öncə”

24 il əvvəl bu gün 1992-ci il aprelin 10-da Artsax müharibəsinin bütün gedişatında erməni tərəfi üçün ən faciəlisi Azərbaycan silahlı qüvvələri Mardakert rayonunun Marağa kəndini zəbt etməsi və onlarla dinc sakinləri qığrğına məruz qoyması oldu.
4000 sakini olan kənd bu gün də Azərbaycanın nəzarəti altındadır.Kimlər ki, Ermənistana, Rusiyaya yaxud digər ölkələrə getmədilər, Ağdamın Qızıl Kəndərli kəındində məskunlaşaraq kəndi Yeni Marağa adlandırdılar.
Tatul Hakobyanın “Yaşıl və qara”,Artsax gündəliyi kitabından bir parçanı diqqətinizə təqdim edirik. Qeyd edək ki, 1992-ci il aprelin 10-da Rusiyanın Xarici işlər naziri Andrey Koziryev Stepanakertdə idi.
Yeni Marağa
25 yaşlı Qarik Stepanyan evini və atasını hələ 12 yaşında ikən itirmişdir. Hal-hazırda iki uşağı və həyat yoldaşıyla birlikdə Yeni Mrağada yaşayır.
Qarikin atası müharibə zamanı Stepanakertdə yaralanmışdır.Ermənistana xəstəxanaya gətirilib və oradaca həyatını tərk edərək Aramus kəndində dəfn olunmuşdur.Ona görə ki, ailəsinin imkanı olmayıb və müharibə də icazə verməyibdir ki, Qarik atasının yaralı bədənini doğma kəndinə Marağaya aparasın.
Bizim kənddə azərbaycanlılar arvad, uşaq, qoca yaşlı baxmamış çoxlarını qırğına məruz qoymuşdur. O, söyləyir ki, hər il aprelin 10-da kəndlilər abidə yanında toplaşır, hüzn süfrəsini açır qətlə yetirilən və qəbirləri olmayan doğmalarını yad edirlər.
Marağa bir neşə digər yaşayış əraziləriylə birlikdə azərbaycanlıların nəzarəti altındadır. Kəndin 4 000 sakini olub. Bu gün Yeni Marağada onlardan bir neçə yüzü yaşayır digərlərisə müxtəlif ölkələrə səpələnib. əsasən Rusiyada məskunlaşmışlar.
2005 –ci il fevralın 2-də ATƏT faktoplama missiyası bir neçə saat Yeni Mrağada keçirdi. Kənd başçısı Roma Karapetyan, missiyanın rəhbəri, almaniyalı Emili Harebə dedi ki, əgər azərbaycanlılar öz kəndlərini azad etsələr onda bütün marağalılar geri dönəcək.
Bizim kəndlər haçan azad olunacaq onu gözləyirik, gedib öz yurd-yuvamızda yaşayaq. Hər hansısa beynəlxalq təşkilat bizə baş çəkməyib ümumiyyətlə bizimlə maraqlanmayıb Nə üçün azərbaycanlı qaçqınlara yardım edilir bizə yox?-deyərək kənd başçısı xanım Haberə şikayət etdi.
Lakin fakt toplanışı qrupu Yeni Marağaya tamamiylə başqa niyyətlə getmişdir.Azərbaycan ona çata bilmişdir ki, beynəlxalq fakt toplayan qrup Qarabağ qüvvələrinin nəzarəti altında olan rayonlara getsin və aydınlaşdırsın ki, Ermənistanla Dağlıq Qarabağ regionda məskunlaşma siyasətini yürürdür ya yox.
Baxmayaraq ki, xanım Haber kənd başçısına demişdir ki, adamlara yardım etmək üçün mümkün olan hər şey edəcəkdir, bununla belə açıq-aydın görünürdü ki, bütün bunlar onları o qədər də maraqlandırmırdı ki, məsələn 52 yaşlı Aida Yeremyan öz ev-eşiyini bəhrəli-bərəkətli bağçasını təmas xəttinin o tayında buraxıb.
Yeni Marağada hər bir ailənin bədbəxt hekayəsi mövcuddur.Marağa Qarabağ müharibəsindən sağalmaz yaradır. Kənd bir neçə dəfə Azərbaycanın silahlı qüvvələrinin əlinə keçib.1992-ci il aprelin 10-dan bu günə kimi Qarabağ və Azərbaycanın təmas xətti Marağayla keçir.
Atmışdan artıq dinc sakinlər öldürülüb. Onlarla girov götürülüb, onlardan bir hissəsinin bu günə kimi talei naməlum olaraq qalmaqdadır.