İctimaiyyət

Müsavatçıların polisə çağırıldığı deyilir

Son iki gündə Müsavat partiyasının bir çox fəalı polis bölmələrinə çağırılıb”.

Bunu Azadlıq Radiosuna partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, partiyanın Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmli  aprelin 8-i səhər saatlarında polisə dəvət olunub.

Onun sözlərinə görə, aprelin 7-də də Müsavat başqanının müşaviri Ramazan Əliyev Xudat polisinə çağırılıb:

“Ondan aprelin 8-də Bakıda keçiriləcək mitinqə qatılmamaq tələb edilib. R. Əliyev də mitinqdə iştirak edib-etməmək qərarını özünün verəcəyini söyləyib”.

G. Aslanlı deyib ki, digər başqan müşaviri Elman Həsənli isə Səbail rayon Polis İdarəsinin 8 saylı polis bölməsinə çağırılıb. Ona da mitinqlə bağlı xəbərdarlıq edildiyi söylənir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Milli Şura rəhbərliyi isə onların fəallarının polisə çağırılıb -çağırılmamaları ilə bağlı heç nə demirlər. Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı bu barədə mitinqdə açıqlama verəcəklərini söyləyib.
Milli Şuranın ötən ilin sentyabrında keçirilən son aksiyasından öncə AXCP-nin 70-dən çox üzvü polisə çağırılaraq inzibati qaydada cəzalandırılmışdılar. Onda bu məlumat mitinqdə elan edilmişdi. Həmin məsəllərin mitinq öncəsi açıqlanmamasını AXCP sədri Əli Kərimli tərəfdarlarda gərginlik yaratmaq istəməmələri ilə izah etmişdi.

azadliq.org

Daha çox göstər
Back to top button