Braziliyanın San Migel Arkanjo şəhəri Erməni Soyqırımını tanıdı
Braziliyanın San Migel Arkanjo şəhəri Erməni Soyqırımını tanıdı. Bu hadqa Braziliydakı Ticarət Erməni Palatasının qurucusu Sargis Karamekiyan bildirdi.
“Martın 21-də şəhər Erməni Soyqırımının tanınması ilə bağlı qanun qəbul etdi. Təəssüf ki, bu günə qədər Braziliya Erməni Soyqırımını tanımadı. Biz bu istiqamətlə fəal şəkildə işləyirik, lakin indiyə qədər müvəffəqiyyət şəhər səbiyyəlidir. Gələcəkdə Braziliyananın digər şəhərlərinin Erməni Soyqırımı tanınması da gözlənilir”- deyə Sargis Karamekiyan qeyd etdi.
Onun bildirdiyinə görə, bundan sonra şəhərin rəsmi təqvimində 24 apreli Erməni Soyqırımı anma günü kimi qeyd ediləcək. Qanunda qeyd edilir ki, 1915-ci ildə ermənilərə qarşı Soyqırım törədilmişdir.
Şəhər orqanları erməni icmasına öz dəstəklərini ifadə edərək, qeyd edib ki, aprelin 24-də anım mərasimləri təşkil etməsində bütün zəruri şəraitlər təmin ediləcək.
Şəhər Şuarsının qəbul etdiyi qanunı böyükşəhər bələdiyyə başçısı Paulo Rikardo imzaladı. Qanunun müəllifi deputat Jiu Salis Albakindir.
Sargis Karamekiyan qeyd etdi ki, onlar şəhərdə Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Xaçkar qoymaq niyyətindədirlər.