Gələcək hərbçilər üçün “Tumo”-ya edilən ziyarətlər müsbət olacaqlar: Hərbi məktəbin müdiri

Fevralın 22-dən Stepanakertdəki İvanyan adına hərbi məktəbinin tələbələri artıq texnologiya mərkəzinə gedirlər.
“Artsaxpress”-in müxbirinə müsahibədə Stepanakertdəki Kristafor İvanyanın adına hərbi məktəbinin rəisi, leytenant polkovnik Vahram Hakobyan deyib ki, “Tumo” mərkəzinə edilən ziyarətlər gələcək hərbçilər üçün yeni bilik əldə etmək baxımından müsbət təsir oilacaqlar və onların dünyagörüşünü inkişaf etdirəcəklər.
“Tələbələrimiz müvafiq dərslərlə özü özünə düşünə bilərərk lazımi informasiya barədə axtarış işləri aparacaqlar, hərbi peşələri ilə daha yaxından tanış olacaqlar və beləliklə də beynəlxalq dili olan ingilis dilini inkişaf etdirəcəklər”,-deyə V. Hakobyan bildirib.
“Tumo” mərkəzinin rəhbəri Koryun Xaçaturyan da vurğulayıb ki, “Mən məktəbin tələbələrinin “Tumo” texnologiya mərkəzinə getmələrinə böyük əhəmiyyət verirəm. Dünyada bu gün informasiya müharibələri var. Gələcək zabitlər üçün bizdə əldə edilmiş bilimlər çox önəmlidirlər. Sadəcə hərbi və professional imkanları deyil ki inkişaf olacaqlar, gələcək zabitlər kompüter proqramlaşdırması, PUA-lar, robotlar və kompüter qrafikası sahələrində də bacarıqlar əldə edəcəklər.”
Xaçatryan əlavə edib ki, yaxın zamanlarda MO hərbi hissələrində də bir proqram həyata keçiriləcək və proqramda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da daxil olunacaqlar.