Monqolustan ümid edir ki, Ermənistan vasitəsi ilə Avrasiya İqtisadi İttifaqına qoşulacaq

Ermənistan Asiya ölkələri ilə münasibətlərin inkişafına əhəmiyyət verir və ümid edir ki, Monqolustanın səfirinin təyin etməsiylə Ermənistan-Monqolustan əlaqələri gücləndiriləcək və inkişaf ediləcək.
Bu haqda ER Prezidenti Serj Sargsyan Ermənistanda yeni təyin olunmuş Monqolustanın fövkəladə və səlahiyyətli səfiri Banzragç Delgermanı qəbul edərək bildirdi.
Səfir Delgerman Prezidentə təşəkkür edərək, əminliklə dedi ki, onun fəaliyəti zamanı Ermənistan-Monqolustan ənənəvi yaxşı əlaqələrinin bərpa olunması, qarşılıqlı maraq doğuran iqtisadi, humanitar və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcək.
Banzragç Delgerman vurğuladı ki, Monqolustan Avrasiya İqtisadi bazarına maraq göstərir.
O, ümid etdi ki, Avrasiya İqtisadi İttifaqının üzv ölkəsi ErmənistanMonqolustanın əməkdaşlıq qurmağa yönəlmiş səylərini dəstəkləyəcək.
Görüş zamanı səfir Ermənistanda keçirilmiş parlament seçkilər üçün Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanı təbrik etdi.