İctimaiyyət

Əli Kərimli: “Bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin”

AXCP sədri Əli Kərimli Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov Bakıya səfərinə və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə 2 saatlıq görüşünə münasibət bildirib. Ə.Kərimli bu barədə facebook səhifəsində status paylaşıb. Statusda deyilir: “Bu ki söhbət yox, tam bir fəlakətdir. Solovyov İlham Əliyevdən 1000-dən çox adamın həbsi barədə də soruşub. İlham Əliyev ona belə cavab verib: “Bizim belə ölkəmiz var ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq. Buralar Liviyaya çevriləcək”. Burada ən çox diqqət edilməli ifadə budur: “Bizim belə ölkəmiz var ki…”. Gördünüz ölkəyə rəhbərlik edən şəxs bu xalq haqqında necə düşünür, bu xalqı nə qədər səviyyəsiz sayır?

İstənilən yarımdemokratik dövlətdə ölkә başçısının xarici jurnalistlə belə bir söhbəti onun istefası ilə nəticələnərdi. Bizdə isə… Bizdə elə ona görə bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin, istədiyini də danışsın. Bəli, rejim bu ölkədə nəinki müxalifətin, hətta xalqın da varlığını çoxdan hesabdan silib. Ancaq siz bugünkü susqunluğuna baxmayın, mən xalqımın bütün bunları bir yerə yazdığına və zamanı gələndə bütün bunlara görə məsuliyyət tələb edəcəyinə inanıram”.

Daha çox göstər
Back to top button