BaşlıcaBeynəlxalq

ATƏT : “DQ münaqişəsinin gərək sühllə və uzunmüddətli həlli olsun”

Dağlıq Qarabağ münaqişəsi xəttində gərginliyin artmasına və danışıq prosesinin məhdudiyyətli irəliləyişinə baxmayaraq,ATƏT təkid etməyi davam edir ki, münaqişənin sülhlə və uzunmüddətli həlli istiqamətində çalışmaq lazımdır.

Bu haqda ATƏT fəaliyyətinin 2016-cı il hesabatında qeyd olunur. Hesabtda təşkilatın fəaliyyəti həyata keçirdiyi proqramların nəticələri təhlil olunur.

”2016—cı ilin yazında təmas xəttində gərginliyin kəskinləşməsi münaqişəyə həll vermək mühümlüyünü artırıbdır.ATƏT-də sədrliyi çərçivələrində Almaniya bu və digər münaqişələri həll etmək üçün çox səylər edib.

ATƏT formatının möhkəmləndirilməsi və həmin münaqişələr nəticəsində zərər çəkən adamların həyatını yaxşılaşdırmaq məsələsində hər şey edib”-deyərək təşkilatın illik hesabatında bildirilib..

Hesabata əsasən Almaniya ATƏT-də sədrlik edən ölkə olaraq Dağlıq Qarabağda apreldə başlanan hərbi əməliyyatlara dərhal səslənmişdir. O Daimi Şuranın təcili iclasını dəvət edərək Sankt Peterburqda və Vyanada prezidentlər səviyyəsiylə əldə olunan razılaşmalara əməl edilməsi çağırışını edib.

Hesabatda həm də qeyd olunur ki, 2016-cı il ərzində Ermənistan və Azərbaycana ATƏT-də 45408 avro maliyyə yardımı göstərilib.Həmçinin qeyd olunur ki, tərəflərin yardımıyla 2016-cı il ərzində ATƏT 22 dəfə daimi müşahidəçilik keçirib.

Onlardan 5-i erməni-azərbaycan sərhəddində, 17-i isə Dağlıq Qarabağ və Azərbaycanın münaqişə qoşunlarının təmas xəttində olub.

Daha çox göstər
Back to top button