Təhlil

Azərbaycanın “humanizmi” yaşlıları və uşaqları öldürmək, Kyaram Sloyanın başını kəsməkmi?

Azərbaycan KİV-ləri nöbəti dezinformasiyanı yayıb guya aprel müharibəsində erməni tərəfinin itkiləri 2-3 dəfə çoxdulər. Məlumatlara görə, erməni tərəfinin itikləri indi ortaya çıxdılar. Azərbaycan KİV-lərinə görə, məlumatın mənbəsi DQR MO Martakertdəki ayrı tibbi vahidinin terapevtik komandiri, mayor Xoren Azaryan və digər hərbi həkimlərin azərbaycanlılar tərəfindən təhrif edilmiş bəyanatlarıdır.

Yerkir.am-ə müsahibəsində Artsax Prezidentinin mətbuat katibi Davit Babayan qeyd etdi ki, Azərbaycan tərəfindən bu cür “açıqlamalar” gözlənilən idi. Bundan başqa, itkilərin sayısı ilə bağlı danışmaq bizim üçün inciticidir, çünki hətta bir itkinin olması faciədir.

“Elə hallar olub ki, itkilər haqqında məlumatlandırılmayıb, çünki hərbçilərin ölüb ölmədiyini məlum deyildi. Bunun üçün bəlkə də iki və ya üç gün sonra məlumatlanırdıq, lakin biz bu cür məlumatları həmişə də yaydıq. Deyə bilirik ki, 4 günlük müharibə zamanı Azərbaycanın çoxsayılı hətta yüzlərlə itkiləri olub və onlar itkilərin sayısını gizləyirdilər. İndi bu durum getdikcə çətinləşdi, çünki itkilərin valideynləri və qohumları bu haqda danışmağa başladılar. İndi əliyevlərin klanı üçün əlverişsiz hadisələrindən qaçmaq üçün bu cür informasiya yaymağa çalışırlar. Azərbaycanda aktiv siyasi bir durumdur. Siyasi güclərin bir qismi Əliyev hakimiyyətinin monopoliyasından və həyat yoldaşının vitse-prezident təyin olmasından narazıdır. Bu səbəbdən də insanların diqqətini bu cür uydurmalarla yayındırmaq istəyirlər”,-deyə Babayan qeyd etdi.

Azərbaycan KİV-ləri prezident Əliyevə istinadən qeyd edirlər ki, aprel müharibəsində onlar “humanizm” əsasıyla uzaqmənzilli raketlərdən istifadə etmədilər, lakin bu raketlər istifadə olunursa Ermənistanda daş bilə qalmazdı. Babayan bu cür “humanizm” üçün minnətdar olduğunu deyib. “Biz Talişdə günahsız yaşlıları və ya məktəbə gedən uşaqları öldürürkən göstərilən “humanizm” üçün də minnətdarıq. Humanizm Kyaram Sloyanın başını kəsməkmi yoxsa digər həlak olan hərbçilərin bədənlərini bu halə gətirməkmi?. İndi humanizm haqqında bu cür cinayətləri işləyən əclafları mükafatlandıran bir manyak diktator danışır. Bu informasiya bizə yünəlmiş deyil, bu, mədəni dünyaya, Avropaya və beynəlxalq institutlara bir sillədir. Əgər onlar Azərbaycanı zamanı gəlincə dayandırsaydılar və Səfərovu Macarıstandan gətirib qəhrəmanlaşdırılmasına icazə verməsəydilər, Azərbaycan bu cür  bəyanatlar etməzdi. Lakin onlar susdular və bundan əlavə, Bakıda Avropa Olimpiya Oyunları keçirdilər. Bu səbəbdən də Azərbaycan tərəfi indi belə bəyanatlar edir”,-deyə Artsax Prezidentinin mətbuat katibi vurğulayıb.

Babayanın deməsinə görə, Azərbaycanın silləsi bizə deyil, dünya üçündür, çünki biz Əliyevin kim olduğunu yaxşı bilirik.

Daha çox göstər
Back to top button