İctimaiyyət
Ermənistan və Gürcüstan fotoları ilə təqdim olunur: ABŞ-da turizm üçün yeni təklifi hazırlayıblar

ABŞ-da fəaliyyət göstərən fotoqraflar Mişel Berces və Mehmet Ozbalçi Qafqaz dağları və Təbiətin gözəlliyini görmək üçün Ermənistan və Gürcüstana 14 günlük turu təklif edirlər.
“Sivilizasiyasının beşiyi olan Ermənistan qədim kilsələr və monastrlarla, o cümlədən gözəl dağlar, göllər və şəlalələr ilə zəngindir”,-deyə Los Angeles Times tur paketini təqdim edir.
Ermənistanın ən əhəmiyyətli görməli yerləri arasında Ararat dağı ətəyində olan Xor Virapı, 7-ci əsrdə tikilmiş Zvartnots məbədi və Yerevandakı Erməni Soyqırımıxatirə kompleksini göstərir.
Səfər sentyabrın 16-dan 30-da həyata keçiriləcək. Tur paketlərin qiyməti bir nəfər üçün 5995 dollardır.