Erməni Soyqırımı

Kaliforniyadakı Orinc rayonu aprelin 24 gününü Erməni Soyqırımının anılması günü olaraq tanıyıb

Asbarez, qeyd edərək ki, rayonun rəhbərlər şurası artıq ikinci ildir ki, bu cür bəyannaməni dərc edir, məlümat verir ki, ABŞ-dakı Kalioforniya ştatındakı Orinc rayonunun hakimiyyətləri aprelin 24 gününü Erməni Soyqırımının anılması günü olaraq tanıyıb.

Orinc rəhbəri Mişel Stil erməni cəmiyyətinin nümayəndələri yanında qeyd edib ki, bu il 1.5 milion erməninin həyatına son qoyan Soyqırımın 102-ci il dönümüdür.

“Ermənilər həm öz tarixi vətənində öldürülüb, həm də torpaqlarını və varlığını itirib”,–deyərək Stil əlavə edib ki, bu faciənin unudulmaması və gələcəkdə təkrarlanmaması üçün qurbanların xatirəsinin ehtiramla yad olunması lazımdır.

Rəhbərin çıxışından sonra yerdəki erməni cəmiyyətinin nümayəndələri də çıxış edərək, Orinc hakimiyyətlərinə təşəkkür edib. Sonra da bütün iştirakçılar birlikdə günahsız qurbanların ruhları üçün dua edib.

 

 

Daha çox göstər
Back to top button