Beynəlxalq

Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini 271 min avro cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi aprelin 13-də Azərbaycanla bağlı növbəti qərarlarını açıqlayıb. Şikayəti təmin olunanlar arasında qətlə yetirilən jurnalist Elmar Hüseynovun həyat yoldaşı Rövşanə Hüseynova, AXCP sədri  Əli Kərimli və  Müsavat Partiyasının keçmiş başqanı  İsa Qəmbər də var.  Bu haqda vəkil Asəbəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb:

“Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Konpensasiya: mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro.

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib”.

Daha çox göstər
Back to top button