Azərbaycandan fərqli olaraq Artsaxda digər dinlərə məxsus ziyarərgahlar və abidələri saxlanılır: Katolikos

Ümumerməni Katolikosu İkinci Qaregin “Armenpress”-in sualına cavab verərək Qafqaz müsəlmanları idarəsinin sədri, Şeyx ul islam Allahşükür Paşazadənin Şuşi məscidinin yenidən təmir olunmasına dair bəyanatına toxunub. Paşazadə qeyd etdi ki, ermənilər bunu təxribat məqsədilə edirlər. Ermənilərin bu addımından narazı olan Şeyx ul islam deyib ki, bu məsələni Moskvada MDB Dinlərarası Şurasının iclasında qaldıracaq.
“Əlbəttə, Allahşükür Paşazadə Azərbaycan təbliğat tələblərinə əsasən həmişə etdiyi kimi hər hansı məsələni qaldıra bilər. tarixi faktdır ki, ermənilərə məxsus hər hansı bir izi (məsələn məhv edilmiş Culfadakı minlərlə xaçkarları, Bakıdakı erməni kilsəsinin kitabları, Naxicevandakı monastırlarımızı və kiilsələrimizi) məhv edən Azərbaycandan fərqli olaraq, Artsax hakimiyyətləri Artsax ərazisində olan digər dinlərə məxsus tarixi irsi saxlayırlar.
Şuşi məscidinin yenidən təmir olunmasından məmnun olmalarına rəğmən Azərbaycanın dini rəhbəri tərəfindən göstərilmiş reaksiya Bizim üçün qəbuledilməzdir. Öz ölkəsinin ərazisində olan erməni abidələrə qarşı göstərilən barbarlıqla bağlı danışması daha ədalətli və vicdanlı olacaqdı”,-deyə Katolikos bildirib.