“Ermənistan investorlar klubu” 2017-ci ildə 300 milion dolar investisiya proqramlarının həyata keçirilməsini nəzərdə tutur

ER Baş nazir Karen Karapaetyan, Taşir şirkətlər qrubunun rəhbəri, biznesmen Samvel Karapetyanın təşəbbüsü ilə yaradılmış “Ermənistan investorlar klubu” 2017-ci ildə ER-da 300 milion dolar investisiya proqramlarını nəzərdə tutur.
Bu haqda bügünkü hökumət iclasında ER Energetik infrastruktur və təbii ehtiyatları naziri Aşot Manukyan, ER hökuməti və “Ermənistan investorlar klubu” arasında imzanalacaq strateji əhəmiyyəti olan proqramların birgə şəkildə həyata keçirilməsi haqqında qarşılıqlı anlaşma memorandum lahiyəsini təqdim edərək, deyib. Hökumət lahiyəni dəstəkləyib.
Aşot Manukyan qeyd etdi ki, hökumət və fond arasında imzalanacaq qarşılıqlı anlaşma memorandumunun məqsədi “dövlət-özəl sektor” əməkdaşlığının gələcək inkişaf etdirilməsi və dərinləşdirilməsidir.
ER hökuməti və fondun əməkdaşlığının əsas istiqamətləri bunlardır: turistik infrastrukturların və xidmətlərin inkişafı, enerji və enerji infrastrukturların inkişafı, mədən sənayesinin inkişafı, şəhər infrastrukturlarının və xidmətlərinin inkişafı, Emal sənayesinin inkişafı.
“Bu il üçün nəzərdə tutulan proqramların həcmi 300 milion dolar təşkil edir”,- deyərək Manukyan qeyd edib.
ER Baş naziri Karen Karapetyan qeyd edib ki, fondun fəaliyyəti yalnız investisiyaların cəlb olunması üçün deyil, biznesin yeni mədəniyyətinin yaradılması üçün də çox əhəmiyyətlidir.
Fond “dövlət – özəl sektor” əməkdaşlığının həyata keçirilməsi üçün ER hökumətinin tərəfdaşı olacaq, investisiya proqramlarında öz resurslarla iştirak edərək, riskləri paylaşacaq.