Oscar qalibi Kristian Beyl Erməni Soyqırımı haqqında danışdı: “Bu barbarlıq idi”
Erməni Soyqırımının cəzasızlığı daha sonra törədilmiş soyqırımlara səbəb olub.Bu haqda “Yahoo Movies”-ə online müsahibəsində Erməni Soyqırımı haqqında olan “Vəd” filminin baş aktyoru, Oscar qalibi Kristian Beyl bildirib.
“Bu filmdən əvvəl, Erməni Soyqırımı haqqında bir şey bilmədim. Erməni Soyqırımı tarixinin əhəmiyyətli anlarından biridir. Ardıcılıq olmaması üçün Erməni Soyqırımından sonra Holokost, Kamboca soyqırımlar kimi bir çox yeni soyqırım törədilib.
Filmin ssenarini oxuduğum zaman Erməni Soyqırımının 100-cü ildönümü idi, insanlar Erməni Soyqırımı haqqında daha çox şeylər öyrənməyə başlayıblar. Mən xəbərləri izlədim və gördüm ki, “İslam Dövləti” dağda olan insanları necə öldürürdü.
Bu filmda tarixinin gerçək bir hissəsi var. Filmdə ermənilərin Musa dağa vardığını və o dağda necə öldürüldüyünü göstərilir. Mən bu hadisələrin arasında çox bənzərliklər gördüm. Bu çox mərhəmətsiz və kinli bir barbarlıq idi”- deyə Beyl qeyd etdi.
O dedi ki, filmdə Amerikanın “Associated Press”-in jurnalistinin rolunu ifa edib. “ Siz bilirsiniz ki, yaxşı mətbuata malik olmak ne qədər vacibdir. Əks halda insanlar hadisələr haqqında məlumat ala bilməyəcəklər”- deyə o vurğulayıb.
Hollivud aktyoru qeyd etdi ki, filmin ssenariyasını oxuduqdan sonra Erməni Soyqrımı haqqında öyrənməyə başlayıb. Bu məsələdə “Vəd” filminin prodüseri Erik İsrayelyan ona çox kömək etdi. Erik İsrayelyan aktyora Erməni Soyqırımı haqqında filmlər, kitablar verdi. “Mən Erməni Soyqırımdan xilas olan hər hansı biri ilə görüşmədim, lakin onların iştirakı ilə sənədli filmlər izlədim. Mən bu filmlərdə onların əilə hekayələri doğru olmadığını iddia edən insanlar ilə məşğul olan insanlarınm ağrılarını gördüm”- deyə o qeyd etdi.