Beynəlxalq

Ermənistan-Çin Müdafiə Nazirliklərinin 2017-ci ilin əməkdaşlıq proqramı imzalanıb

Aprelin 11-14-də  işgüzar səfəri ilə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının beynəlxalq hərbi əməkdaşlıq idarəsinin sədri,  kontr-admiral  Guan Yufeyin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasında olub.

Bu haqda ER Müdafiə Nazirliyinin mətbuat xidmətindən məluamt verilib.

Səfər ərzində Çin Xalq Respublikasının nümayəndə heyətini ER Silahlı Qüvvələrinin Baş qərargahı, gneral-leytenant Movses Hakobyan, müdafiə nazirinin müavini, Hərbi Sənayə Dövlət Komitəsinin sədri  Davit Paxçanyan və MN-nin Müdafiə Siyasəti İdarəsinin sədri  Levon Ayvazyan qəbul edib.

Rəsmi görüşlər çərçivəsində müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığın cari mərhələləri və inkişaf perpektivləri, beynəlxalq və regional təhlükəsizlik məsələlər, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, bir sıra qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi barədə  razılaşmalar əldə edilib.

Səfər sonunda Çin Xalq Respublikasının  yüksək səviyyəli nümayəndə heyətini Ermənistan  Respublikasında ÇXR-nın fövqəladə və səlahiyyətli səfiri Tyan Erlyunun müşayiəti ilə  Ermənistan Respublikasının müdafiə naziri Vigen Sargsyan qəbul etdi. Görüş zamanı  tərəflər danışıqların nəticələrini və əldə olunmuş razılaşmaları müzakirə ediblər.

Ermənistan Respublikasının müdafiə naziri iki ölkə arasındakı yüksək  saviyyəli siyasi əlaqələri yüksək qiymətləndirərək, nazir tərəflər arasında  əməkdaşlığın genişləndirlməsi və yeni sahələrə cəlb olunmasının əhəmiyyətini vurğuladı.

Görüş sonunda MN-nin Müdafiə Siyasəti İdarəsinin sədri  Levon Ayvazyan və kontr-admiral  Guan Yufey Ermənistan-Çin Müdafiə nazirliklərinin 2017-ci ilin əməkdaşlıq porqramını  imzalayıblar.

Daha çox göstər
Back to top button