Eurasianet: “Azərbaycanda Rusiyaya qarşı olan narazılıq artır”
Azərbaycanda ATƏT-in Minsk Qrupunda Rusiyanın göstərdiyi vasitəçi fəaliyyətindən olan narazılıq artır və bu getdikcə ictimai arenada yayılmağa başlayır.
Bu haqda DQ münaqişəsinin dialoqlar prosesi kontekstində Rusiya-Azərbaycan əlaqələrinə toxunurkən Eurasianet.org yazıb.
“Bakı rəsmiləri və analitiklərinin sözlərinə görə, yaranmış narazılığın səbəbi 2016-cı il aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş müharibəyə Rusiyanın reaksiyası idi.
Azərabycan rəhbərliyi gözləyirdi ki, Rusiya Ermənistana qarşı öz təsirindən istifadə edib Qarabağ müzakirələrində onu idarə edəcəkdi. Lakin, Bakı rəsmilərinin şikayət etdikləri kimi, Rusiyanın daha passiv yanaşması olub”.
Məqalədə deyilir ki, Bakıda ATƏT-in Minsk Qrupunun sərhəd insidentlərini araşdırma mexanizmlərinin tətbiq olunmasına dair təşəbbüsünü dəstəklənmək üçün də Rusiyadan şikayət edirlər.
Bu narazılıqın digər səbəbi odur ki, Bakıda Ermənistan-Türkiyə sərhədinin qapalı olama məsələsini Qarabağla bağlı danışıqlarda tətbiq etməyə ümid edirlər, lakin RF Xarici işlər nazirinin Ermənistan-Türkiyə mümkün müzakirələrin haqqında son günlərdə etdiyi bəyanatı göstərib ki, Moskva bu məsələlərə ayrı-ayrı baxır.
Qeyd olunduğu kimi, bəzi analitiklər inanır ki, RF Xarici işlər nazirinin birtərəfli yanaşması var, çünki onun atası ermənidir.
“Azərbaycanlı bir yüksək səviyyəli diplomat Eurasianet.org-ə deyib ki, 2011-ci ildə Soçidə Ermənistanla danışıqlar zamanı Azərbaycan özünü məmnun edən bir razılaşmağa gəlib, lakin Lavrov ermənilərlə bu qərarı müzakirə etmək üçün zaman istəyib. “O zaman erməni tərəf müddəalara tamamilə razı deyildi. Lavrov söz vermişdi ki, eyni müddəalarla sənədiKazan zirvəsindəndən bir neçə ay sonra müzakirə edəcəklər və ən pis halda mətn bir az dəyişdirilə bilər”,-deyə diplomat əlavə etdi ki, sənəd Kazanda bir azdan daha çox da dəyişdirilmişdi”,-deyə məqalədə yazılır. Əlavə olunur ki, azərbaycanlı diplomat başqa ayrıntılar təqdim etməkdən imtina edib.