İctimaiyyət

İndi bildiniz, bu hakimiyyət xalqa niyə nifrət edir?

Avropa Məhkəməsi növbəti dəfə Azərbaycan hakimiyyətinin saxtakarlığını ifşa etdi və 2010-cu il seçkilərində müxalifət namizədlərinin səsinin oğurlandığını təsdiqlədi.
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bu məsələyə münasibət bildirib və hakimiyyətin xalqa nifrətinin səbəbini göstərib.

“Dostlar, hakimiyyətin xalqımıza nəyə görə bu qədər qəzəbli olmasından, hər fürsətdə xalqımızı aşağılamasından yazacam.
Avropa Məhkəməsi dünənki qərarı ilə mənim və daha 19 nəfərin də 2010-cu il seçkilərində seçki hüququmuzun pozulduğunu rəsmən təsdiq etdi. 2010-cı il seçkilərindən şikayət verilmiş dairələrin (60-a yaxın dairə) demək olar ki, hamsında müxalifət namizədlərinin parlamentə seçilməsinin qarşısının zorla alındığı təsdiq olunur. Avropa Məhkəməsinin 2005-ci il parlament seçkiləri haqda da analoji qəararları var. Avropa Məhkəməsi mənim də 2005-ci ildə parlamentə seçildiyimi, hakimiyyətin qanunsuz yollarla millət vəkili mandatımı ləğv etdiyini təsdiq edib, hökuməti cərimələmişdi. Prezident seçkilərini də hər zaman saxtalaşdırıblar. Son prezident seçkilərində seçki məntəqələrinin 58 faizində saxtakarlıq olduğunu ATƏT təsdiq etmişdi.
Hamı öz dərdinin hayındadır, ancaq hakimiyyətin də dərdi ağırdır. Təəccüblənməyin, özünüz düşünün. Bir ölkəni 24 il işğalda saxlayasan, bütün resurslarına nəzarət edəsən, sərvətlərinə sahib olasan, rəqiblərini zəiflətmək üçün minlərlə insanı həbs etdirəsən, müxalifəti faktiki ev dustağına çevirib, bütün imkanlardan məhrum edəsən, azad mətbuatı susdurub, qalanları da özünə işlədəsən, ancaq bircə dəfə də xalqdan səs ala bilməyəsən, hər dəfə əli-qolu bağlı rəqiblərinə uduzasan, hakimiyyətdə qalmaq üçün tək çarən saxtakarlıq ola. Ağır dərd deyil? İndi bildiniz, xalqa niyə nifrət edirlər, nәyә görә xalqa qarşı bu qədər qəzəblidirlər?”

Daha çox göstər
Back to top button