Erməni Soyqırımı

Mənim üçün önəmli bir filmdir, çünki bütün əcdadlarım Erməni Soyqırımında qurban olmuşlar: Serj Tankyan “Vəd” filmi haqqında danışıb

Amerikalı erməni rok müğənnisi, System of a Down qrupunun solisti Serj Tankyan və filmin rəsmi soundtrack müəllifi Kris Kornel Los Anjelesdə Erməni Soyqırımı haqqında olan “Vəd” filminin premyerasında iştirak ediblər.

Serj Tankyan qeyd etdi ki, filmin yaradılma işlərinə iştirak etdiyi üçün çox xoşbəxtdir. “Mən çox şadam ki, filmin musiqisinin yaradılmasında iştirak etmişəm. Bu çox önəmli bir filmdir. Filmdə Erməni Soyqırımı illərində olan eşq hekayəsi təqdim edilir. Bu mənim üçün çox əhəmiyyətlidir, çünki mənim bütün əcdadlarım Erməni Soyqırımında qurban olmuşlar”,-deyə Tankyan bildirib.

“Vəd” filminin prodüsəri Erik Esrayelyan rəhmətlik Kırk Kırkoryanın təşəbbüsü ilə Erməni Soyqırımı haqqında olan filmlin çəkməsinə əhəmiyyət verərək qeyd etdi ki, onun əcdadları da Erməni Soyqırımı qurbanlarındandılar və o, bu şəkildə sükutu pozaraq insanların diqqətini bu məsələyə cəlb etmək istəyir.

Daha çox göstər
Back to top button