Artsax Parlamentinin sədri ER Gənclər parlamentinin frankofon üzvlərini qəbul edib

Artsax Respublikası Parlamentinin sədri Aşot Ğulyan aprelin 14-də ER Parlamentinin deputatı, Frankofonuya Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Margarit Esayanın başçılığı ilə Artsaxa gələn Ermənistan Respublikası frankofon gənclər parlamentinin üzvlərini qəbul edib. Artsax Respublikası Parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, Parlamentin sədri Aşot Ğulyan frankofon gənclərin Artsaxa edilmiş səfərinə əhəmiyyət verərək parlamentlərarası əlaqələrin inkişafında qrupun rolunu vurğulayıb.
“Ətrafınızdakı taydaşlarınızı, dostlarınızı birləşdirərək birgə işimizə dəstək olma və məqsədlərmizin həyata keçirilmə imkanları (Artsaxın beynəlxalq tanınması, bölgəmizin dünyaya təqdim olunması, erməni-fransız ənənəvi dostluğunun inkişaf olunması) genişləndiriləcək”,-deyə Aşot Ğulyan qeyd edib.
Frankofoniyanın beynəlxalq proqramlarına Artsaxın frankofon gənclərinin cəlb olunmasına dair danışanda ER frankofon gənclər parlamentinin üzvü Şiraz Hovakimyan deyib ki, Artsaxın frankofon ölkələrin sırasına girmək üçün bütün imkanları mövcutdur və gənclərin əsas məsələsi Artsaxı frankofon dəyərləri daşıyan bir ölkə kimi təqdim etməsidir.