Ekonomika

Rövşən Ağayev։ “İdxaldakı azalma aktivliyin azalmasına görədir”

«Rəsmi təbliğat idxalın azalmasını iqtisadi inkişafda müsbət irəliləyiş və yerli istehsalın artımı kimi qələmə verir».

İqtisadçı Rövşən Ağayev idxalın azalmasının səbəblərini, təsirini dəyərləndirərkən belə deyib.

O bildirib ki, idxalın strukturu hökumətin arqumentini təsdiq etmir. «İdxal 300 milyon dollardan çox azalıb. Amma azalma analoq daxili istehsalı olmayan seqmentlər üzrədir. Bu mövqelər üzrə Azərbaycan bazarı 100 faiz idxaldan asılıdır. Söhbət nəqliyyat vasitələri, məişət və sənaye texnikası, elektrik cihazlarından gedir. Bu malların idxalı əvvəlki 713 milyon dollardan bu il 391 milyon dollara düşüb».

Ekspert vurğulayıb ki, idxalın resessiyasının strukturu, əslində, iqtisadi aktivliyin azalmasından xəbər verir. «Aydındır ki, qeyd olunan növlər üzrə idxalın azalması yerli istehsalın artımı ilə bağlı ola bilməz. Əksinə, bu, iqtisadi aktivliyin azalmasının ilk nəticəsidir», – ekspert qeyd edib.

Bu ilin 3 ayında Azərbaycan neftinin orta rüblük ixrac qiyməti ötən ilin eyni dövrünə nisbətən 25 artıb.

İxracdakı artımın 807 milyon dolları neftin, 18 milyon dolları isə qeyri-neft məhsullarının payına düşür.

Rəsmi mənbələr bunu idxalın azalması fonunda təqdim edir və hökumətin yerli istehsalın inkişafına yönəldilmiş siyasətinin nəticəsi sayır.

Daha çox göstər
Back to top button