Ermənistan Livan Ordusunun səmərəliliyinin artırılmasında yardım edə bilər

Ermənistan və Livan ikitərəfli hərbi-texniki əməkdaşlıqla bağlı sazişinin imzalanmasını müzakirə edirlər. Buna görə Ermənistandan mütəxəssislər Livan Ordusunun səmərəliliyini artırmağa yardım edəcəklər.
Bu haqda Sputnik xəbər agentliyinə ER-nın Livandakı səfiri Samvel Mkrtçyan məlumat verib.
Səfir qeyd etdi ki, “Müqavilə artıq müzakirə edilir. Ermənistanın Livan Ordusunun şəraitlərini yaxşılaşdırmaq və ehtiyaclarını təmin etmək üçün bütün imkanları və mexanizmləri vardır.”
Bugünədək ER-nın Livandakı səfiri Samvel Mkrtçyan Livanın Müdafiə naziri Yakub sarafi ilə görüşmüşdü. Onlar Ermənistan-Livan arasında Hərbi əməkdaşlığa dair saziş layihəsini müzakirə ediblər.
Qeyd edək ki, 2014-cü il noyabr ayından Livanda ER SQ sülhməramlı qüvvələrinin 32 hərbçisi sülhməramlı missiyasında iştirak edir.